055 203 31 20
«MFİD” İctimai Birliyinin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncaqdır. Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.
Hər zaman yenilikləri və daha yaxşı yolları axtarırıq
Birlikdə işləyərək daha çox uğur qazana biləcəyimizə inanırıq.
“Marketinq Fəaliyyətinin İnkişafına Dəstək” İctimai Birliyi 25.11.2012-ci il tarixdə təsis edilmiş və 06.12.2012-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1112-Q43-3126 nömrə ilə dövlət qeydiyyatına alınmışdır.
“Marketinq Fəaliyyətinin İnkişafına Dəstək” İctimai Birliyinin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncaqdır. Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.
Bizi fərqləndirən əsas amillər:
Biz, bərabər imkanlar və sosial ədalət üzərində qurulan bir cəmiyyətin yaradılmasını hədəfləyirik. İnsanlar üçün iqtisadi təhsil və sosial bacarıqların təmin edilməsi, innovativ düşüncə tərzinin formalaşdırılması və davamlı inkişaf sahəsində lider olmaq, ölkəmizdə müsbət dəyişikliklər yaratmaq üçün çalışırıq.
MFİD İB-nin missiyası - daha çox dəyərlər yaradan marketinq prosesinin inkişafında və dayanıqlı rəqabət üstünlüyünün yaradılmasında biznesə dəstək verməkdir. Biz müxtəlif layihələr və sosial tərəfdaşlıq çərçivəsində cəmiyyətin bütün təbəqələrinin, o cümlədən həssas qrupların sosial-iqtisadi ehtiyaclarına cavab vermək, siyasi, iqtisadi və sosial sahələrdə qadınlar, kişilər və gənclər üçün eyni dərəcədə mükəmməl imkanlar yaratmaqla sosial bərabərliyi təmin etmək istiqamətində fəaliyyət göstəririk.
1. Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinə dəstək vermək;
2. Marketinq fəaliyyətinin (ənənəvi, rəqəmsal və sosial) inkişafını təşviq və təbliğ etmək;
3. Sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək, o cümlədən, ixrac fəaliyyətlərinin genişləndirilməsi və marketinq fəaliyyətlərinin təşkilində onlara köməklik etmək;
4. Sahibkarlığın, o cümələdən sosial sahibkarlığın tədrisi və təşviqinə dəstək vermək;
5. Həssas qrupa daxil olan insanların özünüməşğulluq imkanlarının artırılması istiqamətində layihələr və digər tədbirlər həyata keçirmək;
6. Müvafiq sahələrdə araşdırmalar aparmaq, qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və ən yaxşı təcrübələrin tətbiq edilməsi istiqamətində fəaliyyət göstərmək;
7. Müvafiq dövlət qurumları ilə əməkdaşlıq etmək və ictimai vəkillik kampaniyasını həyata keçirmək.
İctimai birliyimiz, müxtəlif sahələrdə cəmiyyətin rifahını artırmaq üçün müxtəlif layihələr həyata keçirir. Hər bir layihəmiz, ehtiyacları müəyyən edilmiş qruplara və icmalara yönəlib, onların həyat keyfiyyətini artırmağa və daha yaxşı gələcək təmin etməyə çalışır.