055 203 31 20
2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Quba, Xaçmaz, Qusar, Siyəzən və Şabran rayonlarında şəhid ailələrinə və qazilərə “Biznes Planın hazırlanması qaydalarının öyrədilməsi” layihəsi həyata keçirilmişdir.
Layihənin məqsədi layihə rayonlarında həssas qrupa daxil olan insanların — şəhid ailələri üzvləri, müharibə iştirakçıları və əlillərin özünüməşğulluq fəaliyyətini təmin etmək üçün onlara biznesin qurulması qaydalarının öyrədilməsi olmuşdur.
Layihə ümumilikdə 100 nəfəri — şəhid ailəsi üzvlərini, müharibə iştirakçısı və müharibə əlilini əhatə etmişdir. Layihənin icrasına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi dəstək vermişdir