055 203 31 20
Avropa İttifaqı və BMTİP-nin “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi əsasında həyata keçirilən “Sosial sahibkarlar üçün İnkubasiya və akselerasiya proqramı” çərçivəsində, MFİD 2023-cü ildən etibarən “Həssas qrupa daxil olan qadınların (nigahı pozulmuş, dul, məhkumluq həyatı yaşamış qadınlar) məşğulluq imkanlarının artırılması məqsədilə sosial müəssisənin yaradılması” layihəsinin icrasına başlamışdır.
Layihənin məqsədi Xaçmaz rayonunun Çiləgir kəndində təbii meyvə və bitki qurutma müəssisəsinin yaradılması və qadınların orada işlə təmin olunmasıdır. Ilk mərhələdə müəssisədə 3 nəfər qadının daimi işlə təmin olunması və 6 nəfərin təchizatçı qismində cəlb edilməsi nəzərdə tutulur.