MFİD

Bizimlə əlaqə

055 203 31 20

“Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsi

2022-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkiaşfı Agentliyinin əməkdaşlığı ilə “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsi həyata keçirilmişdir.
Layihə Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarında biznes və investisiya mühitinin araşdırılması, sahibkarlığın inkişafı ilə bağlı dövlət təşkilatlarının (AZPROMA, KOBİA, SİF və s.) həyata keçirdiyi tədbirlərin qiymətləndirilməsi və sahibkarlarin iştirakı ilə ictimai müzakirənin aparılması məqsədilə həyata keçirilmişdir.
Sahibkarlıq mühiti ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi 100 nəfər mikro, kiçik və orta sahibkarlıq subyekti arasında anket sorğusunun keçirilməsi vasitəsilə aparılmışdır.

Digər layihələr