055 203 31 20
2024-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sahibkarların ixrac fəaliyyətinin təşviqi”
layihəsı həyata keçirilmişdir.
Layihənin məqsədi Xaçmaz, Qusar və Quba rayonunda istehsal və satış fəaliyyəti göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin xarici bazarlara istiqamətləndirilməsi üçün Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin xarici bazar araşdırmaları mexanizmləri, xarici sərgilərdə iştirak, sertifikatların alınması üçün müraciət qaydaları və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Vahid İxrac Ərizəsi, Sərbəst Satış Sertifikatının alınması, azexport.az portalları haqqında maarifləndirmə fəaliyyətinin həyata keçirilməsidir.
Layihə Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində icra edilmişdir