055 203 31 20
“Marketinq Fəaliyyətinin İnkişafına Dəstək” İctimai Birliyi 25.11.2012-ci il tarixdə təsis edilmiş və 06.12.2012-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1112-Q43-3126 nömrə ilə dövlət qeydiyyatına alınmışdır.
“Marketinq Fəaliyyətinin İnkişafına Dəstək” İctimai Birliyinin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncaqdır. Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.
Bizi fərqləndirən əsas amillər:
Biz, bərabər imkanlar və sosial ədalət üzərində qurulan bir cəmiyyətin yaradılmasını hədəfləyirik. İnsanlar üçün iqtisadi təhsil və sosial bacarıqların təmin edilməsi, innovativ düşüncə tərzinin formalaşdırılması və davamlı inkişaf sahəsində lider olmaq, ölkəmizdə müsbət dəyişikliklər yaratmaq üçün çalışırıq.
MFİD İB-nin missiyası - daha çox dəyərlər yaradan marketinq prosesinin inkişafında və dayanıqlı rəqabət üstünlüyünün yaradılmasında biznesə dəstək verməkdir. Biz müxtəlif layihələr və sosial tərəfdaşlıq çərçivəsində cəmiyyətin bütün təbəqələrinin, o cümlədən həssas qrupların sosial-iqtisadi ehtiyaclarına cavab vermək, siyasi, iqtisadi və sosial sahələrdə qadınlar, kişilər və gənclər üçün eyni dərəcədə mükəmməl imkanlar yaratmaqla sosial bərabərliyi təmin etmək istiqamətində fəaliyyət göstəririk.